Bu ölkə Rusiyaya qarşı sanksiyaları artırır

16:04 - 12.04.2023


12 aprel, Fineko/abc.az. Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətindən bildirilib.

“Rusiyaya qarşı sanksiya rejiminə uyğun olaraq 11 yeni təyinat və 1 düzəliş edilib”, - deyə məlumatda deyilir.

O cümlədən, Rusiyalı iş adamı Süleyman Kərimovun qızı Gülnarə Kərimova, Dağıstanın keçmiş İnformasiya Siyasəti və Kütləvi Kommunikasiyalar naziri Nəriman Hacıyev, AFK Sistema-nın idarəedici partnyoru və MTS PJSC-nin Direktorlar Şurasının rəhbəri Feliks Yevtuşenkova qarşı sanksiyalar tətbiq edilib.

Müəllif: Elmir Murad