“Togg” İlham Əliyevə təqdim edildi - Foto

16:20 - 4.04.2023


4 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, aprelin 4-də Prezident İlham Əliyev Türkiyə Respublikasının sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edib.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb. Qəbuldan sonra Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.