Dünyanın qızıl ehtiyatının 11 faizi hindistanlı qadınlardadır

15:50 - 7.03.2023


7 mart, Fineko/abc.az. Hindistan adambaşına gəlir baxımından kasıb ölkə sayılsa da bu - ev sahibələrinə aid deyil. Hər halda onların qızıl şəklində böyük sərvəti var.

ABC.AZ xəbər verir ki, ekspertlərin qiymətləndirmələrinə görə, dünyada mövcud olan qızıl ehtiyatının təqribən 10%-i hindistanlı qadınlara məxsusdur.

Bəzək içərisində üzən hind qadınlarına baxanda adama elə gəlir ki, onlar bijuteriyadan istifadə edirlər. Amma bu belə deyil: hindistanlı qadınlardaki bəzək əşüaları 23 karatlıq 958 əyarlıq qızıllardan hazırlanıb.

Hind qadınları qızıl əşyalarını toy hədiyyəsi, uşağın doğulmasına görə hədiyyə, və çoxsaylı bayramlarda alırlar.

Qızıl bəzəklər nəsildən nəsilə ötürülür və nəticədə onlarnın həcmi bir neçə kiloqramadək çatır.

Son hesablamalara əsasən dünyanın bütün qızıl ehtiyatının 11 faizi Hindistanlı qadınlardadır. Bu təqribən 18 min ton qızıl deməkdir. Qeyd edək ki, dünyada bütün dövrlərdə hasil edilən qızılın ümumi həcmi 189 min tondan artıqdır.