16:13 - 22.02.2023
22 fevral, Fineko/abc.az. Çində yeni evlənənlər üçün maraqlı təşəbbüs irəli sürülüb. Belə ki, ölkədə doğum sayını artırmaq məqsədi ilə bundan sonra yeni evlənənlərə evlilik məzuniyyəti veriləcək.
ABC.AZ xəbər verir ki, bu barədə nüfuzlu "Asia One" nəşrində yazı dərc edilib.
Qeyd edilib ki, məzuniyyət günlərinin sayı əyalət rəhbərliyi səviyyəsində müəyyən ediləcək. Yəni, Qansu və Şansidə yeni evlənənlərə 30 gün, Şanxayda 10 gün, Siçuanda isə 3 gün məzuniyyət veriləcək.
Bu addımın atılmasını son zamanlar Çində yeni evlənənlərin uşaq sahibi olmamaq istəyi ilə əlaqələndirirlər. Belə ki, son zamanlar Çində doğum səviyyəsi aşağı düşüb. Azalma ölkədə 1980-2015-ci illərdə qüvvədə olan “Bir uşaq” siyasəti və təhsil xərclərinin kəskin artması ilə bağlıdır. Ekspertlər hesab edir ki, bu iki fakt çinlilərin ümumiyyətlə uşaq sahibi olmaq istəməməsinə səbəb olub.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026