Dünyanın ən təhlükəli ölkələri - SİYAHI

12:04 - 22.02.2023


22 fevral, Fineko/abc.az. Meksikanın qərbində yerləşən eyniadlı ştatın paytaxtı Kolima 2022-ci ildə dünyanın ən təhlükəli şəhəri olub.

ABC.AZ xarici KİV-ə istinadən xəbər verir ki, Meksikanın "İctimai Təhlükəsizlik və Cinayət Mühakiməsi üzrə Mülki Şura" qeyri-hökumət təşkilatının ekspertləri son reytinqlərində belə qənaətə gəliblər.

Reytinqi tərtib edənlərin fikrincə, dünyanın ən təhlükəli 50 şəhərindən 17-si Meksikada, 10-u Braziliyada yerləşir.

ABŞ, Kolumbiya, Cənubi Afrika və Honduras ölkələri müvafiq olaraq 7, 6, 4 və 2 yaşayış məntəqələri ilə siyahıda təmsil olunub.

Avropa və Asiyanın böyük şəhərləri siyahıya daxil edilməyib.