11:03 - 22.02.2023
22 fevral, Fineko/abc.az. Türkiyədə fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ nəticəsində dəymiş zərəri sığorta sektoru ödəməyə başlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Sığorta Dərnəyinin (TSB) sədri Atilla Benli dağılmış evlərdən danışarkən bildirib.
A.Benli episentri Kahramanmaraşda olan zəlzələlərdən sonra fəlakət bölgəsində araşdırmaları davam etdirdiklərini və əsrin ən böyük fəlakəti ilə üzləşdiklərini qeyd edib:
“Zərərlərin ən qısa zamanda aradan qaldırılmasını və ödənilməsi prosesinin sürətlə idarə olunmasını təmin edirik. Zəlzələdən sığorta, yanğın, həyat və fərdi qəza sığortaları ilə yanaşı icbari zəlzələ sığortasını da nəzərə alaraq bölgədə sığortalıların ümumi sayı 4 milyon ətrafındadır”.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026