10:01 - 17.02.2023
17 fevral, Fineko/abc.az. İtaliyada keçirilən ən böyük lotereya tirajı olan “Superenalotto” lotereyasının cekpotu uduldu.
ABC.AZ Azərtac-a istinadən xəbər verir ki, 371 milyon avroluq mükafat 90 nəfər arasında bölünəcək. Qaliblərin hər biri 4 milyon avrodan çox vəsait əldə edəcək.
Qeyd edək ki, bu, 2023-cü ilin ilk uduşu olmaqla “Superenalotto”nun tarixində 6-cı rekord məbləğ və hazırda isə dünyanın ən böyük cekpotudur.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026