TBMM sədri iki aylıq maaşını zəlzələdən zərərçəkmişlərə bağışladı

14:23 - 16.02.2023


16 fevral, Fineko/abc.az. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop zəlzələdən zərərçəkənlər üçün jest edib.

ABC.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, M.Şentop iki aylıq maaşını zərərçəkənlərə bağışlayıb.

O, "Türkiyə, tək ürək" ortaq yayımına qoşularaq zəlzələdən zərərçəkənlər üçün verdiyi 3 maaşdan başqa 2 maaşını daha ianə edib.

Mustafa Şentop bütün millət vəkillərinə çağırış edərək, - "maaşlarınızı bağışlayın", - deyib.

Qeyd edək ki, kampaniyada 115 milyard 146 milyon 528 min lirə vəsait toplanıb.

Ümumilikdə isə 9 milyon 10 min SMS göndərilib.