11:46 - 15.02.2023
15 fevral, Fineko/abc.az. Adı açıqlanmayan bir pakistanlı Türkiyənin Vaşinqtondakı səfirliyinə gələrək zəlzələ qurbanları üçün 30 milyon dollar bağışlayıb, sonra isə səssizcə səfirliyi tərk edərək yoxa çıxıb.
ABC.AZ xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "Twitter" səhifəsində paylaşım edib. Pakistan Baş naziri bu davranışın onun qəlbinə toxunduğunu bildirib.
"Adı açıqlanmayan bir pakistanlı Türkiyənin ABŞ-dakı səfirliyinə gələrək Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə 30 milyon dollar bağışlayıb. Bu məni çox təsirləndirdi. Bu, bəşəriyyətin aşılmaz kimi görünən çətinliklərini dəf etməyə imkan verən şərəfli xeyriyyəçilik nümunəsidir", - deyə o qeyd edib.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026