Bu ölkə Türkiyəyə konteyner evlər göndərir

11:41 - 13.02.2023


13 fevral, Fineko/abc.az. Qətər zəlzələ qurbanları üçün Türkiyəyə konteyner evləri göndərməyə başlayıb.

ABC.AZ xəbər verir ki, bunu Qətər İnkişaf Fondunun direktoru Xəlifə bin Casim əl-Kevari bildirib.

O, qeyd edib ki, evlərin Əmir Şeyx Təmim bin Hamed Al Taninin göstərişi ilə həyata keçirilir.

Fond rəsmisi bildirib ki, söhbət 10 min konteyner evdən gedir.

O qeyd edib ki, artıq Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlər üçün evlərin daşınmasına başlanıb.

İlk yük gəmisi ilə birlikdə 306 konteyner evin göndəriləcəyini ifadə edən Kevari, qalan hissələrin sürətli daşınması üçün işləri davam etdirdiklərini bildirib.