Zəlzələdən zərər çəkənlərə pul yardımı ediləcək - Ərdoğan

17:31 - 10.02.2023


10 fevral, Fineko/abc.az. Zəlzələdən zərər çəkənlərə köçürülmə ilə birlikdə 15 min lirə verilməsinin hazırlığı görülür.

ABC.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ictimiayyət qarşısında çıxışımda deyib.

O, qeyd edib ki, xüsusilə, zəlzələ bölgəsində ölkənin yenidən ayağa qalxmasına imkan verəcək hərtərəfli proqram hazırlayırıq. “İnsanların AFAD hesablarına etdikləri yardımların hər qəpiyi zəlzələ bölgəsindəki fəaliyyətlərə xərclənir", -deyə Prezident bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.