14:17 - 10.02.2023
10 fevral, Fineko/abc.az. Türkiyə və Suriyada baş vermiş zəlzələnin vurduğu ziyanın ilkin həcmi hesablanıb. ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, hər iki ölkəni də viran qoyan zəlzələ 4 milyard dollardan çox iqtisadi itkiyə səbəb ola bilər.
“Fitch Ratings”in hesablamasına görə, hər gün iqtisadi itkilər artdığı üçün maddi zərərləri təxmin etmək çətindir. “Lakin bu itkilərin 4 milyard və ya daha çox olması ehtimalı var”, - deyə təşkilatın açıqlamasında bildirilir.
“Fitch Ratings” əlavə edib ki, zəlzələ olan bölgədə sığorta əhatəsi aşağı olduğundan sığorta zərərlərinin təxminən 1 milyard dollar olacağı ehtimal edilir.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026