11:47 - 7.10.2022
7 oktyabr, Fineko/abc.az. Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
ABC.AZ xəbər verir ki, bu barədə Yaponiyanın Maliyyə Nazirliyi açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, sanksiyalar 80-dən artıq fiziki şəxsə və 9 təşkilata şamil edilib.
Siyahıda Rusiyanın “Kalaşnikov” konserni, “Roselektronika” holdinqi, Ramzan Kadırov, Mixail Mişustin, Dmitri Medvedev, Valentina Matvienko və Sergey Şoyqunun qohumları da var.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026