16:11 - 29.09.2022
29 sentyabr, Fineko/abc.az. Ermənistanda ehtiyatda olan hərbçilər toplanışa çağırılır.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Ermənistan hökuməti Müdafiə Nazirliyinin təklif etdiyi layihə əsasında müntəzəm olaraq növbəti planlı hərbi təlim-məşqlərin keçirilməsi qərarını təsdiqləyib.
Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, ümumi və raket-artilleriya ixtisaslarına malik ehtiyatda olan hərbçilər toplanışa çağırılacaq.
Onların toplanışı noyabrın 22-dək davam edəcək.
15 İyul 2026
16 İyul 2026