11:32 - 19.09.2022
19 sentyabr, Fineko/abc.az. Tbilisidə lüks mənzillərin satışı kəskin artıb.
ABC.AZ xəbər verir ki, bu barədə sentyabrın 18-də “Colliers Georgia” konsaltinq şirkəti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, bu göstərici il ərzində 153% artıb.
Belə ki, Tbilisidə mənzil alqı-satqı əməliyyatlarının ümumi sayı ötən ilin avqust ayı ilə müqayisədə 26% artıb.
2022-ci ilin avqust ayında ümumilikdə 3689 satış həyata keçirilib. Bununla yanaşı, bazarın həcmi 190 milyon dollara qədər artıb ki, bu da ötən illə müqayisədə 44% çoxdur.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026