Türkiyədə kasıblar üçün 500 min ev tikiləcək

17:00 - 13.09.2022


13 sentyabr, Fineko/abc.az. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial mənzil layihəsinin təfərrüatlarını açıqlayıb.

ABC.AZ xəbər verir ki, Ərdoğan, 2023-2028-ci illəri əhatə edən müddətdə 500 min sosial ev tikməyi hədəflədiklərini söylədi.

Ərdoğan yeni sosial mənzil layihəsinin təqdimat toplantısındakı çıxışında 250 min torpaq sahəsinin də satılacağını və 50 min iş yerinin tikiləcəyini bildirib.