Kraliçanın ölümündən sonra milyarder oldular - Foto

17:10 - 12.09.2022


12 sentyabr, Fineko/abc.az. Şahzadə Uilyam həyat yoldaşı Keyt Middltonla Böyük Britaniya kraliçası II Elizabetin dünyasını dəyişməsindən sonra əldə etdikləri yeni titullar sayəsində milyarder olublar.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı “Daily Star” qəzeti yayıb. Məlumata görə, II Elizabetin ölümündən sonra şahzadə Uilyam dərhal olaraq Kornuel hersoqu titulunu qazanıb.

Belə ki, hazırda o, Kornuel və Kembric hersoqu, Keyt isə Kornuel və Kembric hersoginyasıdır. Bununla yanaşı, sentyabrın 9-u kral III Çarlz oğlu Uilyamı və gəlini Keyti Uels şahzadələri elan edib.

Bildirilir ki, bu titulu sonuncu dəfə Uilyamın anası şahzadə Diana istifadə edib.