Şimali Koreya Ukraynanın işğal olunmuş ərazilərinə işçi göndərmək istəyir

17:22 - 1.09.2022


1 sentyabr, Fineko/abc.az. Şimali Koreya Ukraynanın şərqində Rusiya tərəfindən işğal olunmuş ərazilərin bərpasına kömək etmək üçün inşaat işçiləri göndərməkdə maraqlı olduğuna işarə edir.

ABC.AZ xəbər verir ki, bu barədə "TRT Haber"in hazırladığı süjetdə qeyd olunub. Bildirilib ki, Şimali Koreyanın Moskvadakı səfiri bu yaxınlarda Ukraynanın Donbas bölgəsində Rusiyanın dəstəklədiyi iki separatçı bölgənin nümayəndələri ilə görüşüb və ölkəsinin pandemiya ilə bağlı sərhəd nəzarətini yumşaltmasına istinad edərək, “əmək miqrasiyası sahəsində əməkdaşlıq” mövzusunda nikbin olduğunu bildirib.

Danışıqlar Şimali Koreyanın iyul ayında Rusiya və Suriyadan başqa, Ukraynadakı qondarma qurumların müstəqilliyini tanıyan və Ukrayna münaqişəsində Rusiya ilə daha da uzlaşan yeganə ölkə olmasından sonra baş tutub.