Prezident Füzuli və Şuşaya səfər edib

14:16 - 21.04.2022


21 aprel, Fineko/abc.az. Prezident İlham Əliyevin aprelin 21-də azad olunmuş ərazilərə səfəri başlayıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə Prezidentin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, dövlət başçısı Füzuli rayonunda Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri və Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin tikintisi ilə tanış olub.