Cavanşir Feyziyevin məsələsi Milli Məclisə çıxarılır - Sabah müzakirə ediləcək

15:00 - 14.04.2022


14 aprel, Fineko/abc.az. Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri dəyişəcək.

ABC.AZ xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Belə ki, aprelin 15-də keçiriləcək iclasda Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərinin dəyişdirilməsi barədə qərar verilməlidir.

Qeyd edək ki, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Soltan Məmmədovun, Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə Sadiq Qurbanovun namizədliyi irəli sürülüb.

Xatırladaq ki, hazırda Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevdir.