11:35 - 8.05.2018
8 may, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt marşrutlarının birinin müvəqqəti istismarına dair müsabiqə elan edib.
BNA-in rəsmi internet saytında yerləşdirilən elanında qeyd olunduğu kimi, müsabiqə 19 saylı marşrutun istismarına dair elan edilib.
“İmkanların qiymətləndirilməsi zamanı, müasir standartlara cavab verən istehsalat bazası, təmir zonası, inzibati bina və park bazası, həmçinin sürücülük bazası və müasir avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrinə malik olan namizədlərə üstünlük veriləcək”, - BNA-in məlumatında belə deyilir.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026