Prezident onu təltif etdi - Sərəncam

17:07 - 4.04.2022


4 aprel, Fineko/abc.az.  Prezident İlham Əliyev İsa Nəcəfovla bağlı sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, Azərbaycan məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə İsa Əli oğlu Nəcəfov “Şöhrət” ordeni ilə təltif edilib.