Prezident Ağstafa rayonunda yolun tikintisinə 3 milyon manat ayırıb

10:18 - 4.05.2018


4 may, Fineko/abc.az. Azərbaycan Prezidenti Ağstafa rayonunun Kolayır–Düzqışlaq–Mollacəfərli–Xılxına–Qarahəsənli yolunun tikintisi üzrə tədbirlərin görülməsi haqqında sərəncam verib.

Azərbaycan prezidenti İlham Əliyev  mayın 3-də,  avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3 milyon manatın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılması haqqında müvafiq sərəncam imzalayıb.

Kolayır–Düzqışlaq–Mollacəfərli–Xılxına–Qarahəsənli  avtomobil yolu  4 min əhalisi olan beş yaşayış məntəqəsini birləşdirir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə, Sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.