10:39 - 2.05.2018
2 may, Fineko/abc.az. Azərbaycan prezidenti, Ağdaş rayonunun Qolqəti–Dəhnəxəlil–Qoşaqovaq–Ərəbocağı yolunun tikintisi üçün 11,6 milyon manat ayırıb.
Çərşənbə axşamı günü Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutulmuş vəsaitin ayrılması haqqında müvafiq sərəncam imzalayıb.
Qolqəti–Dəhnəxəlil–Qoşaqovaq–Ərəbocağı avtomobil yolu, əhalisi 12 min nəfər olan 10 yaşayış məntəqəsini birləşdirir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026