Azərbaycan və Belarus avtomobil daşıyıcılarının problemləri müzakirə olundu

17:24 - 1.05.2018


1 may, Fineko/abc.az. Beynəlxalq avtomobil əlaqələri üzrə Belarus-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyilir ki,  iclas zamanı mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, daşıyıcıların problemləri və onların həlli yolları, nəqliyyatın inkişaf perspektivləri və s. məsələlər müzakirə olundu.

“Həmçinin, Belarusda Azərbaycan avtodaşıyıcıları üçün daha əlverişli şərait yaratmaq, icazə sisteminin tətbiqi məsələsi müzakirə olundu”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, görüşün nəticəsində tərəflər, daşıyıcıların tələbləri nəzərə alınmaqla, “icazələrin” sayının artırılması barədə razılığa gəldilər.