Bakıda Formula 1 yarışlarının başa çatdırılmasından sonra paytaxt marşrutlarının hərəkəti bərpa edilir

11:02 - 30.04.2018


30 aprel, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) müvəqqəti olaraq dəyişdirilmiş marşrutların trayektoriyalarının bərpa edilməsini bildirib.

BNA-dan aldığımız məlumata görə, Formula 1 Azərbaycan Qran Pri yarışlarının keçirilməsi ilə bağlı, 17 paytaxt marşrutlarının hərəkət sxemi  dəyişdirilmişdir (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124).

“Marşrutların həmişəki hərəkət sxemi mayın 1-dən bərpa ediləcək. Həmçinin 125 saylı marşrut əvvəlki fəaliyyətinə qayıdacaq”, - məlumatda belə deyilir.