15:40 - 26.04.2018
26 aprel, Fineko/abc.az. Qarşıdan gələn yay mövsümündə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Bakı-Tel-Əviv üzrə reyslərin sayını artıracaq.
“AZAL”dan veriən məlumata görə,uçuşların sayı 2-dən 5-dək artırılacaq.
“Yay mövsümü ilə əlaqədar “AZAL”ın İsrailə həyata keçirilən uçuşlarının sayını iyunun 10-dan oktyabrın 25-nə qədər 5-ə qaldırılacaq”, - məlumatda belə deyilir.
Yay mövsümündə bir uçuş həftənin çərşənbə axşamı günləri, iki uçuş isə cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Hal-hazırda aviaşirkət, Bakı-Tel-Əviv marşrutu üzrə uçuşları həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetirir.
16 İyul 2026
16 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026