15:36 - 24.04.2018
24 aprel, Fineko/abc.az. Azərbaycan və İran “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə neft və neft məhsullarının daşınması üçün güzəştli tarifin tətbiqi haqqında razılığa gəliblər.
“Azərbaycan Dəmir Yolları” QSC-nin tarif siyasəti və marketinq şöbəsinin müdiri Əli Qasımov bildirib ki, artıq Astara-Astara sınaq qatarının yola salınması ilə, Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinin birinci mərhələsini başa çatdırıb.
“İran ərazisində Astara-Rəşt sahəsinin tikintisindən sonra qatarlar Hind okeanından Şimali Avropaya qədər, həmçinin Bakı-Tbilisi-Qars xətti ilə Türkiyə vasitəsilə Şərqi və Mərkəzi Avropaya hərəkət edə biləcək. Artıq Azərbaycan ərazisindən neft və neft məhsullarının nəqlinə 50% endirimlə güzəştli tarif razılaşdırılıb”, - Ə. Qasımov belə deyib.
16 İyul 2026
16 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026