15:45 - 18.10.2021
18 oktyabr, Fineko/abc.az. Füzuli şəhərinin işğaldan əvvəl məskunlaşma ərazisi bu xəritədə tünd rənglə göstərilib. İndi artıq 397 hektar təşkil edir.
Yeni baş plana görə artıq bu sarı rənglərlə göstərilmiş ərazi, o cümlədən hava limanı daxil olmaqla, 1936 hektar təşkil edəcək.
ABC.AZ-ın məlumatına görə, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Prezident İlham Əliyevin Füzuliyə səfəri zamanı deyib.
Sədr bildirib ki, şəhər, ümumiyyətlə, 50 min nəfər üçün planlaşdırılır: “Yəni, hesabat dövrünə - 2040-cı ilə 50 min nəfərlik şəhər olacaq”.
17 İyul 2026
17 İyul 2026
16 İyul 2026
15 İyul 2026