14:11 - 18.10.2021
18 oktyabr, Fineko/abc.az. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.
ABC.AZ xəbər verir ki, paylaşımda deyilir:
"Bu gün biz dövlətin suverenliyini, xalqımızın azadlığını, möhkəm iradəsini və həmrəyliyini təcəssüm etdirən Müstəqilliyin Bərpası Gününü qeyd edirik. Bütün Azərbaycan xalqını bu bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, həmvətənlərimizin hər birinə möhkəm cansağlığı, sevgi, sevinc və xoşbəxtlik arzulayıram. Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyirəm. Qoy Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun!"
17 İyul 2026
17 İyul 2026
16 İyul 2026
15 İyul 2026