10:51 - 28.03.2018
28 mart, Fineko/abc.az. Dünən Astara-Astara dəmir yolu layihəsinin birinci mərhələsinin açılışı olub.
Fineko/abc.az İnformasiya Agentliyinə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirildi ki, həmçinin, İranın Astara şəhərindəki taxıl terminalının təməlqoyma mərasimi baş tutub.
Fevral ayında Astara-Astara ilk sınaq yük qatarı işə salınmışdır. Altı vaqondan ibarət ilk yük qatarı Rusiyadan İrana yollanmışdır.
Astara-Astara dəmir yolu, Azərbaycan vasitəsilə İran və Rusiya dəmir yollarını birləşdirəcək “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Qəzvin-Rəşt yolunun davamıdır.
15 İyul 2026
16 İyul 2026