11:41 - 4.05.2021
4 may, Fineko/abc.az. Bu gün Milli Məclisin növbəti iclas keçirilib.
ABC.AZ-ın məlumatına görə, iclasda millət vəkili Fazil Mustafa maraqlı təkliflə çıxış edib.
O qeyd edib ki, Bakıda salınan parkların birinə Türkiyə- Pakistan-İsrail dostluq parkı adı verilməlidir.
"Vətən müharibəsində 4 dövlət daha böyük miqyasda ölkəmizə dəstəyini göstərib. Bunlar Türkiyə, İsrail, Pakistan və Əfqanıstandır. Bəzən sosial şəbəkələrdə bu dövlətlərə qarşı neqativ münasibətlər səsləndirilir. Biz cəmiyyət olaraq bunun qarşısında durmağı bacarmalıyıq. Onlar bizim dostumuzdur, müharibə zamanı bunun şahidi olduq” deyə F.Mustafa qeyd edib.
18 İyul 2026
17 İyul 2026
17 İyul 2026
16 İyul 2026
15 İyul 2026