14:15 - 9.04.2021
9 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev Elxan İbrahimovun rütbəsini artırıb.
ABC.AZ-ın məlumatına görə, dövlət başçısının Sərəncamı ilə tibb xidməti polkovniki Elxan Paşa oğlu İbrahimova “tibb xidməti general-mayoru” ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, E. İbrahimov hazırda Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavinidir. Bir müddət isə idarənin rəisi vəzifəsini icra edib.
18 İyul 2026
17 İyul 2026
17 İyul 2026
16 İyul 2026
15 İyul 2026