12:09 - 16.03.2021
16 mart, Fineko/abc.az. Azad edilmiş ərazilərdə 100 min hektara yaxın torpaqlarda əkin işlərinin aparılması ölkənin ərzaq təhlükəsizliyi təminatını artıracaq.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
O qeyd edib ki, azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi yeni SES-lərin yaradılmasına şərait yaradacaq.
"Bu, diqqətdə saxlanılacaq. Qarşıdakı zamanlarda büdcə xərclərindən faydalı istifadə edilməsinə nəzarətin daha da gücləndirilməsi təmin ediləcək. Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq. Dövlət-özəl tərəfdaşlığının təşviqi davam etdiriləcək. Hazırda postpandemiya dövrünə ciddi hazırlıq işləri görülməkdədir” deyə Baş nazir vurğulayıb.
18 İyul 2026
17 İyul 2026
17 İyul 2026
16 İyul 2026
15 İyul 2026