14:09 - 23.02.2021
23 fevral, Fineko/abc.az. Milli Məclisin bu gün keçirilən plenar iclasında “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə dəyişiklik edilməsi məsələsinə baxılıb.
ABC.AZ-ın məlumatına görə, dəyişikliyə əsasən, Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilir.
Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verilir.
17 İyul 2026
17 İyul 2026
16 İyul 2026
15 İyul 2026