16:11 - 13.02.2018
13 fevral, Fineko/abc.az. Yanvar ayında “Türk Hava Yolları” aviaşirkəti həmin ay üzrə yüklənmə səviyyəsinin rekord göstəricisinə nail olub - 79,8%.
Şirkətdən aldığımız məlumata əsasən, hesabat dövründə daşınan sərnişinlərin sayı əvvəlki ilin analoji ayı ilə müqayisədə 37% artaraq 5,7 milyona çatıb.
“Yanvar ayında “Türk Hava Yolları”nın tarixində ilk dəfə olaraq 5 milyondan çox sərnişin daşınıb.
Yanvarda aviareyslərin ümumi yüklənmə səviyyəsi 7,3% bəndi artaraq 79,8%-ə çatıb, kreslo-kilometrlərin sayı 17% artıb, beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsi isə 7,5% bəndi artaraq 78,6% təşkil edib. Həm daxili, həm də beynəlxalq reyslərdə yüklənmə səviyyəsi “Türk Hava Yolları”nın tarixində rekorda çatıb. Ötən ilin iyul ayında başlayan tələbatın ikirəqəmli artımı yanvarda 29%-lik artım ilə davam edib”, - məlumatda belə deyilir.
Həmçinin qeyd edilir ki, beynəlxalq aviareyslər üzrə sərnişindaşıma 45% artlb (tranzit sərnişinlər istisna olmaqla). Yanvar ayında daşınan yüklərin/poçtun həcmi 2017-ci ilin analoji ayı ilə müqayisədə 34% artıb. Artım əsasən Yaxın Şərq (45%), daxili reyslər (44%) və Avropanın (39%) hesabına baş verib.
Reyslərin yüklənmə səviyyəsi bütün regionlar üzrə artıb. Şimali Amerika, Yaxın Şərq, Mərkəzi Amerika, Cənubi Amerika və Afrika müvafiq olaraq 13% bəndi, 1% bəndi, 9% bəndi və 8% bəndi artıb.
15 İyul 2026
15 İyul 2026
15 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
14 İyul 2026
13 İyul 2026