16:30 - 8.02.2018
8 fevral, Fineko/abc.az. Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolu mart ayında istifadəyə veriləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-in məlumatında deyilir ki, bu gün ilk sınaq yük qatarı yola salınıb.
“6 vaqondan ibarət ilk sınaq yük qatarı Rusiyadan İrana yola salınıb. Hazırda İranın Astara stansiyasındakı terminalda vaqonların boşaldılması prosesi gedir”, - məlumatda belə deyilir.
Astara-Astara dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamıdır və İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.
15 İyul 2026
15 İyul 2026
15 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
14 İyul 2026
13 İyul 2026