17:56 - 19.12.2017
19 dekabr, Fineko/abc.az. Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda daha 185 663 işçi sosial sığorta ilə təmin edildi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin məlumatında deyilir ki, 1 dekabr 2017-ci il tarixə sistemdə qeydiyyata alınan sığorta olunanların sayı 3 559 220 nəfərə çatıb ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 206 237 nəfər və ya 6,15 faiz çoxdur.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemi 2006-cı ildən fəaliyyət göstərir.
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
13 İyul 2026