14:50 - 10.09.2026
10 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda dayanıqlı şəhər inkişafının təmin olunması məqsədilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) ilə imzalanmış Töhfə Sazişinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Sənədə əsasən, 2026-cı il iyulun 15-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru – Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması” layihəsinin icrası üçün Töhfə Sazişi” rəsmən təsdiq edilib.
Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının icrasını Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təmin edəcək. Xarici İşlər Nazirliyinə isə dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə BMT-nin Məskunlaşma Proqramının Katibliyinə müvafiq bildiriş göndərmək tapşırılıb.
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026
8 Sentyabr 2026