17:18 - 10.09.2026
10 Sentyabr, Fineko/abc.az. Yaxın 15 il ərzində Rusiya dünya uran istehsalının 36%-nə qədər hissəsinə nəzarəti ələ keçirə bilər. Bu barədə "Financial Times" qəzeti Strateji Üstünlük Mərkəzinin (CSA) hesablamalarına istinadən xəbər verir. Ekspertlərin fikrincə, yeni atom elektrik stansiyalarına (AES) artan tələbat fonunda bu amil Qərbin enerji təhlükəsizliyi üçün ciddi təhdidlər yarada bilər.
2024-cü ildə Rusiya qlobal uranın təxminən 5%-ini istehsal etsə də, xaricdə (Tanzaniya, Namibiya, Niger) nəzarət etdiyi mədənlər də nəzərə alınmaqla onun bazar payı artıq dörddəbirə çatıb. CSA analitiki Qaret Heyvud xəbərdarlıq edir ki, 2040-cı ilə qədər dinc atom sektoru 2022-ci ildə Rusiya neft və qazından olan asılılığa bənzər bir risklə üz-üzə qala bilər.
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026
8 Sentyabr 2026