"Aqrarkredit" BOKT-un 10,5 milyon manatlıq əmlakı hərraca çıxarılır

17:03 - 9.09.2026


9 sentyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Aqrarkredit” QSC BOKT-un balansında olan ümumilikdə 44 qeyri-yaşayış sahəsinin hərraca çıxarıldığını elan edib.

Satışa təqdim edilən, ümumi sahəsi 11 445,2 kvadratmetr təşkil edən əmlakların ümumi start qiyməti 10 milyon 467 min 785 manatdır.

Hərraclar iki mərhələdə keçiriləcək: sentyabrın 16-da təşkil olunacaq iki ayrı hərracda ümumi start qiyməti 8,35 milyon manatdan çox olan 26 obyekt, oktyabrın 6-da keçiriləcək növbəti hərracda isə start qiyməti 2,11 milyon manat təşkil edən daha 18 qeyri-yaşayış sahəsi satışa çıxarılacaq.