11:39 - 9.09.2026
9 sentyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2026-cı il sentyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 559,5 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8% azdır.
Təkcə avqust ayı ərzində ölkənin öhdəlikləri 31,3 milyon dollar həcmində azalıb.
Dövlət borcunun azaldılması və daxili borclanma hesabına əvəzlənməsi strategiyası bu dinamikada əsas rol oynayır.
Müqayisə üçün qeyd edək ki, 2025-ci il ərzində də Azərbaycanın xarici dövlət borcu 6,7% azalaraq ilin sonuna 4 milyard 813,5 milyon ABŞ dolları (8 milyard 183 milyon manat) səviyyəsinə düşmüşdü.
9 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026