11:15 - 9.09.2026
9 sentyabr, Fineko/abc.az. Noyabrın 19-da Bakıda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə təşkilatçılığı ilə Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans (ICCD 2026) keçiriləcək. Tədbirin builki əsas mövzusu “Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkan mənzərəsinə regional baxış” olaraq müəyyən edilib.
Konfransda süni intellektin diplomatiyaya təsiri, "deepfake" texnologiyaları və informasiya müharibəsi ilə mübarizə, kritik infrastrukturun qorunması və iri texnologiya şirkətlərinin geosiyasi rolu müzakirə olunacaq. Tədbirdə xarici diplomatlar, beynəlxalq ekspertlər və dövlət qurumlarının rəhbər şəxsləri iştirak edəcək. Xatırladaq ki, ilk konfrans 2024-cü ildə Bakıda 30-dan çox ölkənin nümayəndələrinin iştirakı ilə təşkil olunub.
9 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026