10:32 - 9.09.2026
9 sentyabr, Fineko/abc.az. Oktyabrın 27-də Bakıda kibertəhlükəsizlik sahəsində mühüm beynəlxalq tədbirlərdən biri — "CyberHackCon 2026" etik haker konfransı keçiriləcək. Tədbir etik hakerləri, kibertəhlükəsizlik tədqiqatçılarını, "red team" mütəxəssislərini və 20-dən çox beynəlxalq eksperti bir araya gətirəcək.
Konfransın əsas müzakirə mövzularına hücum təhlükəsizliyi, kritik infrastrukturun və SCADA/ICS sistemlərinin qorunması, süni intellekt əsaslı kibertəhdidlər, "dark web" kəşfiyyatı, kiber-geosiyasət və EDR sistemlərindən yayınma taktikaları daxildir.
Tədbir dövlət qurumlarının mütəxəssisləri, korporativ təhlükəsizlik rəhbərləri, tədqiqatçılar və tələbələr üçün nəzərdə tutulub.
9 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026