21:04 - 7.09.2026
7 Sentyabr, Fineko/abc.az. Qlobal emtiə birjalarında geosiyasi gərginlik və "El Nino" hava təzahürünün yarattdığı quraqlıq fonunda kənd təsərrüfatı məhsullarının qiyməti kəskin yüksəlib. Xüsusilə Qərbi Afrikada tədarük kəsintiləri riskləri ilə kakaonun 1 tonunun qiyməti ötən ay 25,5% artaraq 6 771 dollara çatıb və ardıcıl 6-cı ay böyümə dinamikasını qoruyub.
Qara dənizdə hərbi əməliyyatlar səbəbindən limanların bağlanması və taxıl yüklənməsinin dayanması Çikaqo birjasında buğdanın 21%, qarğıdalının 16%, soyanın 8,5% və düyünün 9,2% bahalaşmasına gətirib çıxarıb. Neft qiymətlərinin yüksəlməsi bioetanol istehsalında istifadə olunan şəkərin (21,5%) və qarğıdalının qiymətinə əlavə təzyiq yaradıb.
Ekspertlər (Intesa Sanpaolo və Rabobank analitikləri) xəbərdarlıq edir ki, Qərbi Afrikada güclü "Harmattan" küləkləri və "El Nino" səbəbindən Fil Dişi Sahili və Qanada çiçəklənmənin zəif getməsi 2026/27-ci illər mövsümündə dənizüstü tədarük böhranını daha da dərinləşdirə bilər.
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026