11:27 - 7.09.2026
7 sentyabr, Fineko/abc.az. Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün subsidiya ödənişlərində tamamilə yeni mexanizm – avans sistemi tətbiq olunacaq. Yeni qaydalara əsasən, müəyyən meyarlara cavab verən fermerlər əkin subsidiyasının 30 faizini əvvəlcədən ala biləcəklər.
Yeniliyin əsas detal və şərtləri:
Kimlərə şamil olunur: 5 hektardan 100 hektaradək əkin sahəsi olan, müəyyən ediləcək yazlıq/payızlıq birillik bitkilər əkən və fermer reytinqi 30-dan yüksək olan təsərrüfatlara.
Məqsəd: Subsidiyanı fermerlər üçün dövriyyə kapitalı mənbəyinə çevirmək, mövsüm başında toxum, gübrə, yanacaq kimi xərclərin maliyyələşdirilməsini asanlaşdırmaq.
Ödəniş nümayişi: 20 min manat subsidiya hüququ olan fermer 6 min manatını, 50 min manat subsidiya hüququ olan təsərrüfat isə 15 min manatını əkin dövrünün əvvəlində əldə edəcək.
Nəzarət mexanizmi: Müraciət edən fermerlərin sahələri EKTİS-də bəyan edilməli, torpaqların hazırlıq vəziyyəti rəqəmsal və süni intellekt texnologiyaları ilə monitorinq olunmalıdır.
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026