İri məhsuldar heyvandarlığa və emala yeni dövlət dəstəyi tətbiq edilir

11:00 - 7.09.2026


7 sentyabr, Fineko/abc.az. Aqrar Subsidiya Şurasının yeni qərarı ilə heyvandarlıq və emal sahəsində tətbiq olunacaq subsidiyalar:

İntensiv kökəltmə: Diri çəkisi min. 600 kq olan iribuynuzlu heyvanlar üçün hər kq-a 0,4 manat məhsul subsidiyası veriləcək. (Heyvan ölkədə doğulmalı və ya ən azı 6 ay kökəldilməli, sığortalanmalı və EKTİS-də qeydiyyatlı kəsimxanada kəsilməlidir).

Dəri və yun emalı: Emal müəssisələrinə təhvil verilən iribuynuzlu dərisinə 3 manat/ədəd, xırdabuynuzlu dərisinə 0,3 manat/ədəd, yuna isə 0,30 manat/kq subsidiya ayrılacaq.

Süni mayalanma və embrion:

Yerli cinslərdən alınan 1-ci nəsil buzova 75 manat, 2-ci və növbəti nəsillərə 150 manat;

Yerli damazlıq təsərrüfatların cins buzovlarına 50 manat;

Embrion köçürmədən alınan buzovlara isə 250 manat subsidiya ödəniləcək.