Xırdabuynuzlu heyvandarlığa dəstək - Hər heyvan üçün 4 manat veriləcək

10:46 - 7.09.2026


7 sentyabr, Fineko/abc.az. Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycanda örüş və otlaqlarda yem bazasının yaxşılaşdırılması məqsədilə xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, istifadəsində azı 100 ha örüş və ya otlaq sahəsi olan 500 baş və ya daha artıq xırdabuynuzlu heyvan olan təsərrüfatlarda qeydiyyatda olan heyvana görə 4 manat subsidiya veriləcək. Subsidiyanın verilməsində əsas şərt təsərrüfatlara istifadə üçün verilmiş örüş və otlaqlarda münbitliyin və biomüxtəlifliyin artırılmasıdır.

Bu subsidiyaya müraciət edən təsərrüfatların istifadələrinə verilmiş örüş və otlardakı vəziyyət Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) Torpaqdan istifadə altsistemi və süni intellekt həllərindən istifadə olunmaqla monitorinq ediləcək.