14:59 - 4.09.2026
4 sentyabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin yerli bölməsi sahibkar Tural Məsimova qarşı iddia qaldırıb.
Xidmət Gədəbəy rayonunun Qoşabulaq kəndində (“Şahzadə” bulağı ərazisi) meşə fondu torpağında lazımi icazə olmadan quraşdırılmış tikilinin (4x2 m ölçüdə mətbəx) sökülməsini və 0,20 hektarlıq ərazinin əvvəlki vəziyyətinə gətirilməsini tələb edir. Məhkəmə aidiyyəti ilə bağlı Gədəbəy Rayon Məhkəməsi və Gəncə Kommersiya Məhkəməsi arasında yaranan mübahisəyə Ali Məhkəmə nöqtə qoyub.
Ali Məhkəmənin qərarı ilə işə mahiyyəti üzrə baxılması üçün iddia materialları yenidən Gədəbəy Rayon Məhkəməsinə göndərilib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026