14:56 - 3.09.2026
3 sentyabr, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC Asiya İnkişaf Bankı (ADB) ilə birgə siqnalizasiya infrastrukturunun yenilənməsinə və qatarların rəqəmsal idarə olunmasına (CBTC sistemi) keçid layihəsinə başlayır. Layihə qatarlararası intervalları azaltmağa, sərnişin daşınmasının təhlükəsizliyini və enerji səmərəliliyini artırmağa imkan verəcək.
Mövcud yeraltı infrastruktur çərçivəsində aparılacaq işlərə görə layihə B ekoloji kateqoriyasına aid edilib. Ətraf mühitin idarə olunması üzrə təqribən 950 min dollar büdcə nəzərdə tutulub və milli abidə sayılan “Nizami” stansiyasında xüsusi iş rejimi tətbiq olunacaq.
Üç mərhələdə (quraşdırma, 6-12 aylıq paralel istismar və demontaj) icra ediləcək layihə üçün ADB 302,38 milyon dollar kreditin ayrılmasını nəzərdən keçirir.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026